Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI
Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, mərhum Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarının birində toyda olub. O, toydan çıxıb yolu əks istiqamətə keçmək istəyərkən hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Cabbarov hadisə baş verən yerin yaxınlığında yerləşən şadlıq evində toy məclisindən geri dönərkən qəzanın qurbanı olub.
Oxşar xəbərlər
Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb
Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ər...