Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.
Bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.
Oxşar xəbərlər
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir k...