Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...