Bərdədə xəstə əməliyyatdan sonra öldü

16
iyl
2019
21:35
Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib. Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
“Ege” hospitalda ölüm hadisəsi ilə bağlı açıqlama - YENİLƏNİB
“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.Hospitaldan “Report”a daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci...
