Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib
06
noy
2023
17:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib.
Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə şok hadisə: "Qonşu dedi ki, arvadınla dünən Daşkəsəndə..." - Təfərrüat
Gəncə şəhərində 1985-ci il təvəllüdlü Əfqan ailə münaqişə zəminində həyat yoldaşı Nəsibəni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS “teleqraf.com”a i...