Bərdədə restoran sahibi həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, yoxlamalar zamanı rayonun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.
Qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Müştərilərə qəlyan təklif etmək kafe sahibinə baha başa gəldi - VİDEO
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər ve...