Bərdədə evə ildırım düşüb, dağıntı olub - FOTO
02
okt
2024
15:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə yaşayış evinə ildırım düşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə ciddi ziyan vurub.
Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.
Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.
Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...