BDU-nun müəllimi vəfat etdi - FOTO

BDU-nun müəllimi vəfat etdi - FOTO
Hadisə 2183

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.BAKU.WS xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Lalə Hüseynova 1974-ci ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub.

2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub.Allah rəhmət eləsin!

BDU-nun müəllimi vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BDU-nun professoru vəfat edib - FOTO

BDU-nun professoru vəfat edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib. Bu barədə BAKU.WS-ə BD...

0 Hadisə 17:33 08 avqust 2023

Son xəbərlər