Bazarda baş verən partlayışın təfərrüatları: "Qumbara partladı, dodağımdan qan gəldi"
İnsanlara hədə-qorxu gəlmək üçün əlindəki qumbaranı partlatdı...
Xezerxeber.az məlumat verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində baş verib. 48 yaşlı Zakir Kazımov bazar ərazisinə hərbi təlim qumbarası gətirərək, oradakı insanlara hədə-qorxu gəlməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb. Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o, əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb. Əl qumbarası partlayıb, geyim mağazalarının və çayxananın şüşələri sınıb.
Hadisə zamanı ölüm faktı olmasa da, çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 31 yaşlı Səfa Məlikov və Yuxarıbaş kənd sakini 23 yaşlı Asiman Heydərli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda törədilən dəhşətli partlayışın TƏFƏRRÜATLARI
Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib. B...