Batumidə kütləvi dava - Azərbaycanlılar bıçaqlandı

31
iyl
2019
12:06
Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.Qarşıdurmanın səbəbi hələ məlum deyil.Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Xırdalanda polislər bıçaqlandı - Vəziyyətləri AĞIRDIR
Xırdalanda kütləvi dava olub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə “Sultan” kafesində qeydə alınıb. Müştərilərlə kafenin işçiləri arasında baş verən k...
