Baş Prokurorluq Əfqan Sadıqovun tutulması ilə bağlı açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
BAKU.WS bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BAKU.WS-in sorğusuna cavabında deyib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:
“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.
Oxşar xəbərlər
Polisə xəsarət yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri açıqlama yayıb. BAKU.WS-ə daxil olan açıqlamada deyilir: Polis və prokurorluq orqanların...