Baş Prokurorluq binada liftin qırılması ilə bağlı məlumat yaydı
04
iyl
2022
23:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Baş Prokurorluq: "Restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır"
Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır. BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mət...