Baş Prokurorluq: "Restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.
Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.
Oxşar xəbərlər
İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı
İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzdən məlumat veril...