İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı
Hadisə 330

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: "1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.

Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər