Banklardan 178 min dollar oğurlayan hakerlər danışdı (VİDEO)
01
noy
2018
15:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178.000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürən şəxslər danışıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, azərbaycanlı gənclər sonra pulları nağdlaşdırılıb. Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı hakerlər banklardan 178 min dollar oğurladılar – FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yeni nəsil informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qar...