Bakıya toya gələnlər ağır qəzaya düşdü: yaralılar var (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.
Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.
BAKU.WS
Oxşar xəbərlər
Bakıdan Şabrana istirahətə gedən ailə qəzaya düşdü, 6 nəfər ağır xəsarət aldı - SİYAHI
Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. "Report"un Şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilo...