Bakıya gətirilmiş insan qalıqları itkin düşən neftçilərə aid deyil
23
may
2016
15:06
Aprelin 18-də Türkmənistan sahillərində tapılan və aprelin 22-də təyyarə ilə Bakıya gətirilən insan qalıqlarının itkin düşən azərbaycanlı neftçilərə aid olmadığı müəyyənləşib.
"Azneft” İstehsalat Birliyidən verilən məlumata görə, itkin düşən neftçilərin hər birinin ailə üzvlərindən DNK nümunəsi götürülüb və tapılan insan qalıqları ilə qarşılaşdırılıb.
Qeyd olunub ki, tapılan insan qalığı heç bir DNK ilə uyğun gəlməyib. Tapılan meyit neftçilərdən heç birinin ailəsinə aid deyil.
Xatırladaq ki, "Günəşli” yatağında baş verən faciədən indiyə kimi 19 neftçi itkin düşüb.
BAKU.WS
Oxşar xəbərlər
Türkmənistan sahillərində tapılan meyitin neftçiyə məxsus olduğu aşkarlandı
Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub. BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, aprelin 2-də Xəzər dən...