Bakının orta məktəblərinə silahlı polis əməkdaşları cəlb edildi
11
dek
2015
17:48
Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.
Məlumata görə, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib özləri evə aparsınlar.
Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.
BAKU.WS
Oxşar xəbərlər
Hüquq-mühafizə orqanları əməkdaşları Nardarana səfərbər olub (RƏSMİ)
Bakının Sabunçu rayon, Nardaran qəsəbəsində baş verən atışma ilə bağlı bütün rayon prokurorluğunun əməkdaşları hadisə yerinə səfərbər olub. Bu barədə hüquq-müh...