Bakının mərkəzindən cadu tapıldı - "Kəmalə ərə getmə" - VİDEO

Bakının mərkəzindən cadu tapıldı - Kəmalə ərə getmə - VİDEO
Video
Hadisə 7503
Hər dəfə qəbiristanlıqlardan müxtəlif insanlara edilən və tapılan cadular barəsində sujetlər təqdim etmişik. Bu dəfə isə cadu qəbiristanlıqda yox, şəhərin mərkəzində tapılıb.Xezerxeber.az-ın məlumatına görə, bir xanıma qarşı edilmiş cadu ağacın gövdəsində bükülü şəklində tapılıb. Çəkiliş qrupumuz iş zamanı şəhərin mərkəzi meydanlarından birində, Füzuli heykəlinin yaxınlığındakı ağacın gövdəsində bir bükülü tapıb. Bükülünün içini açanda isə Kəmalə adlı bir xanıma kim və ya kimlərsə tərəfindən cadu edildiyi məlum olub. Şəklin üzərinə müxtəlif iynələr keçirilib. Qara sapla isə şəklin üstü örtülərək müxtəllif maddələr tökülüb. Şəklin arxa hissəsi isə önü kimi saplarla bağlanıb. Hətta bu azmış kimi şəklin arxasına kiril hərfləri ilə "Kəmalə ərə getmə" deyə yazılar yazılıb. Məsələ ilə bağlı ilahiyyatçıların fikrini öyrəndik. Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubovun sözlərinə görə, cadu hər zaman olub və günümüzdə də bir bəlaya çevrilib. Sadəcə bunun təsirinə düşməmək üçün insanların bir-nüansa əməl etmələri kifayət edir. İlahiyyatçının sözlərinə görə, bu əməli edənlərin cəzası isə həm bu, həm də o biri dünyada çox böyükdür. Ümumiyyatlə isə kiminsə taleyi ilə bu şəkildə oynamaq insanlaığa yaraşmayan haldır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WS

Son xəbərlər