Bakının mərkəzində sürücü yol polisini xəstəxanalıq etdi

Bakının mərkəzində sürücü yol polisini xəstəxanalıq etdi
Hadisə 3155

 

Bakıda sürücü yol polisini vurub. 

Lent.az xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Neftçilər  prospekti 26 ünvanının qarşısında baş verib.

1992-ci il təvəllüdlü İbrahimov Kamran Rövşən oğlu idarə etdiyi "Mercedes” markalı 99 HM 573 dövlət qeydiyyat nişanlı avtomobillə yol polisi əməkdaşının "saxla” əmrinə tabe olmayıb. 

Həmin sürücü onu saxlamağa çalışan və xidmətdə olan Yol Patrul Xidmətinin inspektoru, polis serjantı İbrahimli Şahin Məhərrəm oğlunun idarə etdiyi "Yamaha” markalı 10 P 31 dövlət nömrə nişanlı motosikleti vurub. 

Zərbənin gücündən polis əməkdaşının ayağı sınıb və o, DİN-in A.Heydərov adına hospitalına aparılıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda yol polisini söyən 3 sürücü həbs olundu – FOTO

Bakıda yol polisini söyən 3 sürücü həbs olundu – FOTO

Bakıda yol polisinə tabe olmayaraq qaçan və avtoxuliqanlıq edən 3 sürücü həbs olunub. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 8-də "Jeep Grand...

2326 Hadisə 13:55 15 fevral 2017

Son xəbərlər