Bakının məşhur bazarında güclü YANĞIN (VİDEO, FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonundakı ticarət mərkəzində yanğın hadisəsi baş verib.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb.
Qısa müddətdə yanğının qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində binada yanğın (VİDEO)
Bakının Binəqədi rayonunda yanğın baş verib. APA-nın hadisə yerindən olan müxbiri xəbər verir ki, Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-c...