Bakını bir anda duman bürüdü (FOTO)

Bakını bir anda duman bürüdü (FOTO)
Hadisə 2064

Bakı şəhərinə qəflətən qatı duman çöküb.

BAKU.WS xəbər verir ki, bir neçə dəqiqə ərzində şəhərin üstünü qatı duman təbəqəsi bağlayıb. Hətta dumanın təsirindən bəzi hündürmərtəbəli binalar gözdən itib.

Qeyd edək ki, sabahdan etibarən havanın temperaturunun dəyişiləcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yağış ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 6-70 % təşkil edəcək.

Martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKU.WS

Oxşar xəbərlər

Sabahdan hava yenə soyuyacaq - Bəzi ərazilərdə qar yağacaq

Sabahdan hava yenə soyuyacaq - Bəzi ərazilərdə qar yağacaq

Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ekologiya v...

1824 Şou-biznes 13:15 10 mart 2017

Son xəbərlər