Bakının Neftçilər ərazisində yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
***17:24
Bakının Neftçilər ərazisində güclü yanğın başlayıb.
BAKU.WS-nin "qaynar xətti"nə gələn məlumata görə, yanğın ərazidə olan binalardan birində baş verib.
Yanğının dəqiq səbəbi hələlik məlum deyil.
Xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması ilə bağlı rəsmi məlumat hələlik verilməyib.
Hadisənin baş vermə səbəblərinin araşdırılması və dəymiş ziyanın miqdarının müəyyən edilməsi üçün müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Tərtər rayonunda 1979-cu il təvəllüdlü Cavad qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəni və onunla intim münasibətdə olduğu Sərxanı (adl...
