Bakıda həyəcanlı anlar yaradan qadın ixtisaslaşdırılmış tibb mərkəzinə yerləşdirilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Bədirova Nazilə Tahir qızı hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
***15:44
Məlumatla bağlı polis və digər dövlət qurumlarının əməkdaşları qeyd edilən ünvanda olublar.
BAKU.WS xəbər verir ki, həmin mənzildə yaşayan psixi xəstəlikdən əziyyət çəkən 1983-cü il təvəllüdlü N.Qədimova əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə ixtisaslaşdırılmış tibb mərkəzinə yerləşdirilib.
***12:28
Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Azadlıq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb. Hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmır. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...