Bakının mərkəzində "Mercedes-Maybach" dəhşətli qəza törətdi - VİDEO
28
okt
2019
11:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli "Mercedes-Maybach" markalı avtomobil qəza törədib. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.
Report xəbər verir ki, qəza nəticəsində iki nəfər - "Mercedes"in arxadan vurduğu "Opel" markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Qeyd edək ki, "Mercedes-Maybach"in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.
Qalereya
Oxşar xəbərlər
Bakıda zəncirvari qəza - 1 nəfər xəsarət aldı - VİDEO
Yasamal rayonunda 3 avtomobil toqquşub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə “20 yanvar dairəsi” kimi tanınan ərazidə qeydə alınıb. Belə ki, “Mercedes...