Sumqayıtda minik avtomobili avtobusa çırpılıb, xəsarət alan var - FOTO

Sumqayıtda minik avtomobili avtobusa çırpılıb, xəsarət alan var - FOTO
Foto
Hadisə 984
Sumqayıtda piyadaya yol verən avtomobil qəza törədib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda dayanan 12 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb.Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya bildirib ki, qəza nəticəsində marşrut avtobusunun sərnişinlərindən xəsarət alan olmayıb: “Taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək istəyərkən idarəetməni itirərək nəqliyyat vasitəsini sərnişin avtobusuna vurub. Sərnişinlərdən xəsarət alan yoxdur”.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda zəncirvarı qəza - yaralılar var - VİDEO

Sumqayıtda zəncirvarı qəza - yaralılar var - VİDEO

Sumqayıtda zəncirvarı qəza baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb."Opel Zafira" markalı avtomobil qarşıs...

461 Hadisə 14:56 26 sentyabr 2019

Son xəbərlər