Bakıdakı toz dumanı ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan iki dəfəyədək yüksəkdir”.
Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.
Oxşar xəbərlər
Bakının havasında tozun miqdarı ARTDI
Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məluma...