Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 2020-ci ildə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlər açıqlanıb.
BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "report"a bildirib ki, daha çox qəzalar paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir.
"Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Ümumi hadisələrin isə 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir", - o bildirib.
Oxşar xəbərlər
Bakıda sürücü şəhəri bir-birinə qatdı, beş maşını əzdi - ANBAAN VİDEO
Bakı polisi qaydalara tabe olmayan sürücünün saxlanılması istiqamətində əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Poli...