Bakıda yol polisini maşın vurdu: Vəziyyəti ağırdır

27
avq
2019
16:34
Dövlət Yol Polisinin əməkdaşı avqustun 26-da Bakının Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi "Renault" markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qadını vurub öldürdülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 8-də saat...
