Gecənin ağır qəzası - “VAZ 2107” yol polisini vurdu – FOTO

01
iyl
2019
11:26
Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Babayev Toğrul 52 BK 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.Belə ki, hadisə yerində yol qəzasının baş vermə səbəblərini aydınlaşdırarkən Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlunun idarə etdiyi 52 BX 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulan Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı 1988-ci il təvəllüdlü Babayev Toğrul Ağasəfər oğluna reanimasion tədbirlər görülüdükdən sonra vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.Hadisəni törədən sürücünün əlil olduğu və sürücülük hüququnun olmadığı bildirilir.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağdamda 3 avtomobil toqquşdu - FOTOLAR
Ağdamda zəncirvarı qəza baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.Hərəkətdə olan “VAZ 2106" markalı "10 CJ...
