Bakıda avtomobil tunelə çırpıldı, xəsarət alanlar var - VİDEO

Bakıda avtomobil tunelə çırpıldı, xəsarət alanlar var - VİDEO
Video
Hadisə 7317
Bakıda ağır yol qəzası baş verib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, avtoqəza Ziya Bünyadov prospektində yerləşən yolötürücü tuneldə qeydə alınıb.Yüksək sürətlə hərəkət etdiyi deyilən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əks hərəkət zolağına düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində, yolötürücü tuneldə baş vermiş yol qəzası ilə bağlı bəzi təfərrüatlara aydınlıq gətirilib.Avtomobildə sürücüdən başqa sərnişin də olub. Bu, 1992-ci təvəllüdlü Ruslan Amanovdur. Ağır bədən xəsarətləri alan R.Amanov xəstəxanaya yerləşdirilib.Avtomobilin sürücüsü də hazırda xəstəxanada müalicə olur. Onun şəxsiyyəti dəqiqləşdirilir.Qeyd edək ki, avtomobil taksi olub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər