Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170kv.m. olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40kv.m sahədə ikinci mərtəbənin bir otağı yanıb.
Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
***21:35
Bakının Nizami rayonu ərazisində şəxsi villada güclü yanğın baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
"Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb", - deyə bildirilib.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...