Bakıda üç avtomobilin iştirakı ilə QƏZA - FOTO
Bakının Nizami rayonunda üç maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan KIA markalı maşın eyni istiqamətdə gedən “Chevrolet” və “Mercedes” markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan KIA körpünün səddinə dəyərək dayanıb.
Xoşbəxtlikdən avtomobil körpüdən yerə düşməyib.
Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobilin ərazidən uzaqlaşdırılması bir qədər zaman alıb. Bu isə körpü üzərində hərəkətin sıxlığına səbəb olub.
Qəzada zərərçəkən sürücülər bildiriblər ki, KIA-nı idarə edən şəxs yüksək sürətlə manevr qaydalarını pozub. Bu da qəzanı qaçılmaz edib.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hər üç sürücünün izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda yük avtomobili beş maşına çırpılıb, xəsarət alanlar var - FOTO/VİDEO
Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində yol ötürücüsündə baş verib....