Bakıda tuneldə ağır qəza: Xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.
1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobillə “Mercedes Benz” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra KIA markalı maşınla toqquşub. Zərbənin gücündən “Chevrolet” beton divara da dəyib.
Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb.
Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda Atatürk prospektindəki tuneldə ağır qəza - VİDEO
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza tunelin Atatürk prospektinə ay...