Bakıda tikilməkdə olan bina çöküb - FOTO - YENİLƏNİB 2
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
***14:01
Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.
İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.
Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
"Kristal Abşeron" şirkətindən Report-a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub: "Nəticədə iki nəfər yüngül xəsarət alıb".
***13:11
Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib.
Dağıntı altında qalanların olduğu ehtimal edilir.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...