Bakıda sərnişin avtobusu yandı
Bakıda sərnişin avtobusu yanıb.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Hadisə Heydər Əliyev Sarayının yanındakı avtobus dayanacağında baş verib. 61 nömrəli marşrut avtobusu alışaraq yanmağa başlayıb.
Yanğın zamanı ölən və xəsarət alanların olmadığı bildirilib.Verilən məlumata görə, yanğın artıq söndürülüb.
Hadisənin nə səbəbdən baş verdiyi isə araşdırılır.
Faktla bağlı FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Hövsan sakinlərinin zibil problemi - "3-4 gündən bir daşınır"
Hövsan MİDA yaşayış kompleksinin sakinləri ərazidəki zibil problemindən narazıdır. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Sakinlərin sözləri...