Bakıda şok hadisə - sürücü yol polisinə dönər bıçağı ilə hücum etdi
21
avq
2019
14:20
Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.Sürücünün əvvəllər məhkum olunmuş Bakı sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üzərinə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.Polislərin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO/FOTO
Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə tə...