Bakıda şagird imtahana görə intihar etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.
Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C. qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.
İlkin məlumata görə, Z.C. qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.
Oxşar xəbərlər
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - İntihar edən tələbənin atası - VİDEO
Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Müğdət qızı özünü dənizə ata...