Bakıda sərxoş sürücü qəza törətdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sürücünün içkili halda avtomobil idarə etməsi üç avtomobilin əzilməsi ilə nəticələnib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində qeydə alınıb.
Sözügedən küçə ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək qarşı yolda hərəkətdə olan “As-Samand” və “Kia” markalı minik maşınlarına dəyib.
Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşüb. Hər üç sürücü alkoqol səviyyəsinin təyin edilməsi məntəqəsinə aparılıb.
Aparılan müayinə nəticəsində “BMW”nin sürücüsünün sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR
Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib...