Bakıda sərnişin taksi sürücüsünün telefonunu oğurlayıb

Bakıda sərnişin taksi sürücüsünün telefonunu oğurlayıb
Hadisə 108

Bakıda taksi fəaliyyəti göstərən sürücü Əzizov Əziz Ağakərim oğlunun sərnişin tərəfindən iPhone 16 markalı mobil telefonu oğurlanıb.

Bununla ilə bağlı BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. Vətəndaş telefonun oğurlanması ilə bağlı polisə müraciət edərək ərizə yazıb.

Lakin ötən 14 gün müddətində cihaz hələ də tapılmayıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, polisə vətəndaşın mobil telefonunun oğurlanması ilə bağlı müraciət daxil olub:

"Şikayət əsasında ərazi polis orqanında araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...

46 Hadisə 17:01 22 sentyabr 2026

Son xəbərlər