Bakıda sərnişin avtobusu "Prius” ilə toqquşdu, xəsarət alan var - FOTO
Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.
BAKU.WS Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “Ətçilər bazarı” adlanan ərazidə baş verən hadisə zamanı 99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.
"Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir", - deyə məlumatada bildirilir.
Qalereya
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...