Bakıda saxta 50 və 100 manatlıq tapıldı

26
apr
2019
12:11
Bakıda saxta pul dövriyyədən çıxarılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda keçmiş məhkumdan silah götürülüb
Bakıda keçmiş məhkumdan silah götürülüb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi...
