Bakıda 40 minlik cinayət
08
mar
2019
16:27
Bakının Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Şükürov saxlanılıb.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WSOxşar xəbərlər
Bakıda obyektdən saç oğurladılar
Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçl...