Bakıda obyektdən saç oğurladılar
19
fev
2019
12:01
Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Novxanıda yanacaqdoldurma məntəqəsində cinayət
Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan o...