Bakıda evi yandıran dəstə ifşa olundu

Bakıda evi yandıran dəstə ifşa olundu
Hadisə 982

Evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət daxil olub.Müraciətlə əlaqədar ərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.İstintaq və əməliyyat tədbirləri aparılır.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub.BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən "report"a məlumat verilib.Bildirilib ki, yanvarın...

1152 Hadisə 11:52 19 yanvar 2019

Son xəbərlər