Novxanıda yanacaqdoldurma məntəqəsində cinayət

Novxanıda yanacaqdoldurma məntəqəsində cinayət
Hadisə 653
Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. BAKU.WS

Oxşar xəbərlər

Qoyuna görə adam öldürən ələ keçdi

Qoyuna görə adam öldürən ələ keçdi

Ağcabədi rayonunda qanlı qətl törədən şəxslərdən biri də saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis və prok...

521 Hadisə 11:33 25 yanvar 2019

Son xəbərlər