Pivə çəlləkləri oğurlandı

Pivə çəlləkləri oğurlandı
Hadisə 546

Xırdalanda pivə çəlləkləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd pivə çəlləyinin oğurlanması bildirilib.Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda evi yandıran dəstə ifşa olundu

Bakıda evi yandıran dəstə ifşa olundu

Evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata...

982 Hadisə 11:27 22 yanvar 2019

Son xəbərlər