Bakıda restoranda YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşa məxsus ümumi sahəsi 440 kvadratmetr olan restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 16 kvadratmetr olan mətbəxin taxta üzlüyü dörd kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları altı kvadratmetr sahədə yanıb.
Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.
Qalereya
Oxşar xəbərlər
Yeraltı keçidin yanından qaçaraq keçdi, avtomobil vuraraq öldürdü
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə...