Bakıda qaynanasını döyən kürəkəndən YENİ XƏBƏR

27
avq
2019
15:27
Bakıda qaynanasını döyən şəxslə bağlı cinayət işi başlanıb.Bu barədə Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.Paytaxtın Xəzər raynu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qaynanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib.Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub:“İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.
Oxşar xəbərlər
BAKU.WS-in redaktorunu döyən şəxsə qarşı prokurorluq tərəfindən sərt addımlar atıldı
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu BAKU.WS-in redaktorunun döyülməsilə bağlı məlumat yayıb.Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildi...
