Bakıda qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxadılar və ...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 65 yaşlı qadın öz evində qarətə məruz qalıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, yanvarın 13-ü saat 19:00 radələrində naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girib.
Cinayətkar qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
O, N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu oğurlayıb.
Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.
Faktla bağlı rayonun 20-ci Polis Bölməsinin əməkdaşları istintaq aparır. Hələlik həbs olunanlar yoxdur.
Oxşar xəbərlər
65 yaşlı qadını kəndirlə boğdular, sonra... - İsmayıllıdakı cinayətin ŞOK TƏFƏRRÜATI - VİDEO
İsmayllıda bir evin həyətində samanlığın altında qadın meyiti tapılıb. İlkin ehtimala görə, qadını həyat yoldaşı öldürüb. Polis əməkdaşları evdən qadının ölümü...